Tərkibində nitrat olan qidaların qəbulu orqanizm üçün faydalı deyil. Buna görə də, bir çox alıcı bu komponentin mövcudluğunun əlamətlərini bilmədən qarpız seçir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qarpızda nitratların olub-olmadığını gözlə müəyyən etmək mümkündür. Bunun üçün sadəcə üstündəki naxışa diqqət yetirmək lazımdır.
Qarpızın tərkibinə gübrələrlə birlikdə daxil olan nitratların mövcudluğunun ən əsas əlaməti üstündəki qalın və yumru naxışlardır. Nitratsız qarpızın qabığının səthi isə hamar olur.
Nitrat əsasən avqustun axırı və sentyabr aylarında satılmağa başlayan qarpızın tərkibində olur.