Nənə  sendviçə görə   1995 dollar cərimələndi - SƏBƏB
28 noyabr 2023 18:14 (UTC +04:00)

Nənə sendviçə görə 1995 dollar cərimələndi - SƏBƏB

Yeni zelandiyalı təqaüdçü, 77 yaşlı Cyn Armstronq Avstraliyaya girməzdən əvvəl baqajında toyuq sendviçi qoyduğu üçün 1995 dollar cərimələnib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, pul cəzasına səbəb ölkəyə hər hansı ət məhsullarının idxalı ilə bağlı sərt qaydalar olub. Brisben hava limanına gələn qadın uçuşdan əvvəl sendviç alıb və bunu unudub. Qaydalara görə o, məhsulu bəyan etməli idi.

Cun Armstronq yarısı yeyilən sendviçi başqa ölkəyə apardığına görə 3300 Yeni Zelandiya və ya 1995 ABŞ dolları cərimələnib. Daha sonra ona qərardan apellyasiya şikayəti vermək tövsiyə olunub, lakin məsul şəxslərlə əlaqə saxlamaq cəhdləri uğursuz olub.

Təqaüdçü bildirib ki, o və həyat yoldaşı yalnız pensiyaya güvəndikləri üçün cəriməni ödəmək çətin olub. Avstraliya Kənd Təsərrüfatı, Balıqçılıq və Meşə Təsərrüfatı Departamentinin sözçüsü izah edib ki, ölkədə ət məhsullarının idxalı üçün ciddi qaydalar var və bu qaydalara əməl edilməməsi 4100 ABŞ dollarına qədər cərimə ilə nəticələnə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4380
avatar

Oxşar yazılar