Napoeon qadınlara bunları qadağan etmişdi – MƏŞHUR MÜLKİ MƏCƏLLƏ
08 mart 2023 06:00 (UTC +04:00)

Napoeon qadınlara bunları qadağan etmişdi – MƏŞHUR MÜLKİ MƏCƏLLƏ

Napoeonun qadınlarla münasibətlərinə dair xəbərlər ağızdan-ağıza dolaşdığından çoxlarına məlumdur. Lakin onun qadınlara hüquq müstəvisində münasibəti əksər azərbaycanlılar üçün naməlumdur. 

1804-cü ildə Fransada qəbul edilən Mülki Məcəllə (Code civil) bir çox ölkə üçün istinad mənbəyi oldu. “Napoleon məcəlləsi” də deyilən bu qanun sistemi qadını tam hüquqi qabiliyyətsiz etmişdi. Məcəllənin 1124-cü maddəsində deyilir: Həddi-büluğa çatmayanlar, evli qadınlar, əqli xəstələr və cinayətkarlar siyasi hüquqlardan məhrumdurlar. 

Bu məcəllədə yer alan qadına qarşı diskriminasiyaların ləğvi ötən əsrin 80-ci illərində başa çatdı.

Lent.az fransız mənbələrinə istinadla Napoleonun qadınlara qarşı bəzi qadağalarını təqdim edir: 
-    Ali və orta məktəbə qəbul olmaq,
-    Müqavilə imzalamaq, öz əmlakını idarə etmək,
-    Ərinin razılığı olmadan işləmək,
-    Qəyyumun nəzarəti olmadan maaşını almaq,
-    Ərinin rəsmi icazəsi olmadan səyahət etmək.

Bundan əlavə, qadın bütün siyasi hüquqlardan məhrum idi. Lakin cinayət törətdiyi halda qadın hüquqi qabiliyyətsiz və ya həddi-büluğa çatmayan şəxs hesab edilmirdi. Xəyanətə görə qadınlara çox ağır cəzalar verilirdi. Nikahdankənar  doğulanların və tənha anaların isə heç bir hüququ yox idi. 

Bu məcəllə 19-cu əsrin ortalarıdan Avropada qadın hərəkatlarının başlaması ilə nəticələndi. 8 mart da bu məcəllənin nəticəsində ortaya çıxıb desək, yanılmarıq. 

Fransada qadının hüquq qabiliyyətsizliyi 3-cü Respublika dövründə - 1938-ci ildə ləğv edildi. İşləmək üçün ərdən icazə alınması tələbinin ləğvi isə 1965-ci ildə  baş verdi. 

Fransız qadınlar seçki hüququnu 1944-cü ildə əldə etdilər -  Azərbaycandan 26 il sonra. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4800
avatar

Oxşar yazılar