Müəllim məktəblilərə terror aktı hazırlamaq tapşırığını verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İsveçrənin cənubundakı Conköpinq bələdiyyəsinin təhsil müəssisəsində baş verib.
Orta məktəb müəllimi nəzəri terror aktı planlaşdırmağı şagirdlərə tapşırıb. Müəllim tutduğu vəzifədən uzaqlaşdırılıb və polisə ifadə verib.
Bələdiyyə ölkədə terror təhlükəsinin səviyyəsinin artması fonunda hadisəyə ciddi yanaşdığını vurğulayıb.