Mavi gözlü insanlar qəhvəyi gözlülərə nisbətən daha yaxşı gecə görmə qabiliyyətinə malikdirlər. Bu fərq, müxtəlif etnik populyasiyalarda müəyyən göz rənglərinin niyə qalmasına təsir edə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kiçik bir araşdırma, mavi gözlü insanların qəhvəyi gözlülərə nisbətən daha yaxşı gecə görmə qabiliyyətinə sahib ola biləcəyini göstərib. Çox güman ki, mavi gözlər zəif işıqlandırma şəraitində təkamül üstünlüyünü təmsil edir ki, bu da bu xüsusiyyətin Şimali Avropada niyə yayüın olduğunu izah edə bilər.
Ancaq bu tapıntıları təsdiqləmək üçün daha böyük tədqiqatlar tələb olunur. Yaponiyadan Avropaya köçdükdən sonra tədqiqatın müəllifi oxumaq üçün çox qaranlıq olan binalarda aşağı işıqlandırmaya uyğunlaşmaqda çətinlik çəkib. Belə vəziyyət alimi bu problemin təkcə mədəni deyil, bioloji izahının mümkünlüyü barədə düşünməyə vadar edib.
Könüllülər əvvəlcə təxminən 30 saniyə qaranlıqda qalıblar, sonra tədqiqatçılar iştirakçılar divardakı hərfləri 3 metr məsafədən oxuya bilənə qədər işığın səviyyəsini tədricən artırıblar. Mavi gözlü insanlar təxminən 0,7 lüks, qəhvəyi gözlü insanlar isə 0,82 lüks işıqlandırma tələb edib.
Məsələn, gecə ayın işığında işıqlandırma səviyyəsi adətən təxminən 0,2 lüks qeyd olunur və təbii işıqlı parlaq bir otaqda bu rəqəm 100 lüksə çata bilər. Mavi gözlər də parlaq işıqlandırma şəraitində problem yarada bilər. Bəzi tədqiqatlar göstərir ki, mavi iris qəhvəyi irisdən daha çox işıq saçır və bu, görüntü keyfiyyətinə təsir edə bilər.