Mask ilk dəfə beyinə çip yerləşdirdi
30 yanvar 2024 03:11 (UTC +04:00)

Mask ilk dəfə beyinə çip yerləşdirdi

Milyarder İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.

Lent.az xəbər verir ki, bu barədə Mask "X"də yazıb.

“Dünən ilk insan "Neuralink" implantını aldı, proses yaxşı gedir”,  - deyə Mask yazıb. Qeyd olunur ki, ilk məlumatlara görə, cihazın performansı perspektivli görünür.

Şirkət 2023-cü ilin sentyabrında protezlərə nəzarət etmək üçün də istifadə oluna bilən implantların beyinə implantasiyası ilə bağlı klinik sınaqlar üçün könüllülər cəlb etməyə başlayıb.

"Neuralink" startapı Mask tərəfindən 2016-cı ilin iyulunda yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır.

Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3993
avatar

Oxşar yazılar