“L'Oreal”ın varisi 100 milyard dollardan çox sərvətə malik ilk qadın oldu
30 dekabr 2023 22:49 (UTC +04:00)

“L'Oreal”ın varisi 100 milyard dollardan çox sərvətə malik ilk qadın oldu

Fransanın "L'Oreal" kosmetika şirkətinin qurucusunun nəvəsi Fransua Bettenkur-Mayers sərvəti 100 milyard dolları ötmüş ilk qadın olub.

Lent.az xəbər verir ki, cümə axşamı “L'Oreal”ın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb və ilin əvvəlindən kapitallaşma 1/3 artıb.

Bununla da şirkətin təxminən 35 faizinə sahib olan Bettenkourt-Mayers hazırda dünyanın 12-ci ən varlı adamı olub.

Xanım Bettenkourt-Mayers Fransanın ən varlı adamları arasında LVMH-nin qurucusu Bernard Arnaultdan (179 milyard dollar) sonra ikinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4767
avatar

Oxşar yazılar