Qar çox yağdıqda Yaponiyada müxtəlif təhlükəsizlik tədbirləri görülür, insanların bundan əlverişli istifadə etməsinə şərait yaradılır. Bəs səkilərin və küçələrin qardan təmizlənməsində hansı maraqlı üsullardan istifadə olunur?
Lent.az xəbər verir ki, Yaponiyanın səki və küçələrində soyuq qış aylarında qarı əritmək üçün ilıq su çiləyicilərindən istifadə edilir. Bu üsul qarın yığılması ilə mübarizə aparmaq və qışda daha təhlükəsiz piyada yollarını təmin etmək üçün praktik həll yolu hesab olunur.