İngiltirə kralı Çarlzın may ayında baş tutacaq tacqoyma mərasimi üçün şokoladdan heykəli hazırlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, heykəli hazırlamaq üçün xüsusi aşpazlar və heykəltəraşlar çalışıb. Onun hazırlanmasına 23 kq şokolad sərf olunub. Heykəl 4 həftə ərzində 130 saata hazırlanıb.
Qeyd edək ki, kraliça II Yelizavetanın ölümündən sonra taxta çıxan Kral Çarlzın tacqoyma mərasimi mayın 6-da, şənbə günü Vestminster sarayında keçiriləcək.