Koka ağacı və “Coca-Cola”
22 avqust 2023 21:28 (UTC +04:00)

Koka ağacı və “Coca-Cola”

Cənubi Amerikada geniş yayılan Koka ağacının yarpaqları kokain alkaloidi ilə zəngindir. 

Lent.az xəbər verir ki, kokain insanın sinir sisteminə stimullaşdırıcı təsir göstərərək eyfo­riya halının yaranmasına səbəb olur. Koka ağacının bu xüsusiyyətinə görə bitkinin yarpaqlarını çeynəmək yerli əhali arasında geniş yayılıb və adət halını alıb.

Bütün bunların Cola içkisi ilə nə əlaqəsi var? 

“Coca-Cola” adındakı “coca” sözü məhz koka ağacından qaynaqlanır. Bu içkinin tərkibində ilkin reseptə əsasən 1903-cü ilə qədər koka ağa­cının yarpaqlarının ekstraktı istifadə edilib. Tərkibində kokain olan kola içkilərini o illərdə insanlar baş və diş ağrısı zamanı geniş istifadə edərmişlər. Kokainin dünyada narko­tik maddə olaraq qəbul edilməsindən sonra isə koka yarpaqlarının içkinin tərkibində istifadəsi rəsmi məlumatla­ra əsasən tamamilə dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar