Boris Yeltsinin keçmiş kürəkəni Aleksey Dyaçenko, ilk Rusiya prezidentinin Kremlin tualetində Amerikanın lideri Bill Klintonla necə içki içdiyini danışıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Dyaçenkonun sözlərinə görə, bu haqda ona Yeltsinin özü danışıb.
Kremldəki qəbullardan birində Klintonun həyat yoldaşı Hillari ona içki içməyə icazə verməyib.
Yeltsin işçilərinə tualetdə masa düzəltməyi əmr edib.
“Aydındır ki, Kremldəki tualet qeyri-adi bir yerdir. Təmiz və təsir edici ölçüdə. Yalnız bir masada oturmağa imkan vermir. Bir qadını ora rəqs etməyə dəvət etmək də ayıb deyil. İçki içməyə iki prezident üçün bir masa və içki üçün qəlyanaltı hazırlanmışdı.
Yeltsin Kliontona onunla göz-gözə danışmaq istədiyi barədə “işarə” verib və bir yerdə yoxa çıxıblar. Onlar qayıdanda ABŞ prezidenti “şən” idi. Hilları ərinin şübhəli göründüyünü hiss etsə də, bunun hansı səbəbdən olduğunu başa düşməmişdi”, - Dyaçenko iddia edir.