Kartofu təzə və cücərmədən  necə saxlamaq olar?
20 dekabr 2023 13:16 (UTC +04:00)

Kartofu təzə və cücərmədən necə saxlamaq olar?

Anbarı olmayan bir mənzildə kartof saxlamaq çox çətindir. Zirzəmidə belə kök yumruları quruyur və ya cücərir. 

Lent.az kartofun uzun müddət təzə qalması üçün mənzildə necə saxlamaq lazım olduğunu təqdim edirik:  

Kök tərəvəzlərin uzunmüddətli saxlanması üçün ideal şərait qaranlıq və sərin otaqdır.

Lakin bu, onları çürüməkdən qoruya bilməz. Tərəvəz qaçılmaz olaraq nəm itirməyə və qırışmağa başlayacaq. Bu halda, zirzəmidə kartofun yanında alma qoya bilərsiniz.

Bu hiylə olduqca populyardır. Meyvələr, kök yumrularında cücərtilərin görünməsinə mane olan etilen qazı buraxır. Amma mənzildə belə şərait yaradıla bilməz. Balkonda isə kartoflar donma riski daşıyır.

Kartof ehtiyatlarını əsasən soyuducuda saxlamaq məsləhətdir. Belə ki, onu sabit temperaturda saxlaya biləcəyiniz yeganə yer buradır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 52836
avatar

Sevinc Fərid

Oxşar yazılar