İtlərə insan paltarı geyindirdilər - Rusiyada UNİKAL AKSİYA
27 oktyabr 2021 17:42 (UTC +04:00)

İtlərə insan paltarı geyindirdilər - Rusiyada UNİKAL AKSİYA

Rusiyada fotoqraflar maraqlı aksiya keçiriblər. Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu ölkənin Yekaterinburq şəhərində fotoqraflar Nikita Jurnakov və Krill Laptev heyvanlarla bağlı “Mənim sahibim məni atıb, amma bütün hallarda mən onu sevirəm” adlı aksiya təşkil ediblər. 

Məlumata görə, aksiyada məqsəd atılan itlərə insan paltara geyindirməklə onları sahiblərinə qovuşdurmaqdır.  Aksiya ilə bağlı fotoqraf Nikita danışarkən, bildirib ki, “Mən heyvanları sevirəm, uzun müddətdir ki, itlərlə foto-layihə arzulayırdım. Onlara biganə qalmaq mümkün deyil. Hələ də ki, onların taleyini xəbərdarsınızsa. İndi heyvanlar "Evdə xoşbəxtlik" sığınacağındadır, bəziləri kuratorlarla yaşayır, bütün itlər yeni sahiblərini gözləyir”.
 

# 8034
avatar

Aytəkin Cəlali

Oxşar yazılar