Bütün insanlar, istisnasız olaraq, yalan danışırlar. Amma burada yeganə sual nə qədər tez-tez və niyə danışdıqlarıdır. Bəziləri çox nadir hallarda fırıldaq edir, bəziləri isə patoloji yalançıdır və daima heç bir səbəb olmadan yalan danışırlar. Bunun bir çox səbəbi ola bilər. Alimlər insanların ən çox nə haqqında yalan danışdığını öyrənməyə qərar veriblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın Tvente Universitetinin alimləri elmi jurnalda öz nəticələrini dərc ediblər.
Onlar test keçirib və müəyyən ediblər ki, iştirakçıların əksəriyyəti eqoist (22%), digər 8% isə kimisə qorumaq üçün yalan danışıb. Bu təcrübə bir gün davam edib. Maraqlıdır ki, onun iştirakçılarının əksəriyyəti - 69% yalan danışmadıqlarını bildiriblər.
Başqa bir sınaq keçirilib - iştirakçılardan beş gün ərzində yalan danışma davranışlarını qeyd etmələri istənib. Alimlərin sözlərinə görə, təcrübədə iştirak edənlərin 22%-i hər gün yalan danışdıqlarını, 19%-i isə heç vaxt yalan danışmadıqlarını iddia ediblər. Tədqiqatçılar aşkar ediblər ki, yalan danışanların özünə hörməti azalır.