Avstraliyalı alimlər insanabənzər azı dişləri olan yeni köpəkbalığı növü aşkar ediblər.
Lent.az xəbər verir ki, Heterodontus marshallae adlanan zolaqlı buynuzlu köpəkbalığı növünə yalnız Avstraliyanın şimal-qərbindəki sularda, təxminən, 125–230 metr dərinliklərdə rast gəlinir. Bu növün çoxlu sıra dişləri var ki, bu da onlara molyuskaları və xərçəngkimiləri yeməyə imkan verir.
Qeyd edək ki, bundan əvvəl Avstraliyanın Cənubi Uels sahillərində qabarıq gözləri və insanabənzər təbəssümü olan qəribə köpəkbalığı tutulmuşdu.