Tailandda “insan başı” olan mutant buzov dünyaya gəlib.
Lent.az xarici istinadən xəbər verir ki, qəribə buzovun başı təxminən uşaq başının ölçüsü və formasına malikdir.
Onun ön ayaqları insan əllərini xatırladır, dərisi isə solğun çəhrayı rəngə malikdir.
İnsanların və öküzlərin DNT-sindəki fərqlərin bu cür keçidi qeyri-mümkün etdiyini vurğulayan alimlərin elmi izahatlarına baxmayaraq, bəzi yerli sakinlər insanlar və heyvanlar arasında unikal “birliyin” mümkünlüyünə inanırlar.
Fermerlər və kəndlilər öz nəzəriyyə və fərziyyələrini ifadə edərək debat keçiriblər. Bəziləri buzovun yarı insan olduğunu iddia edir, digərləri isə bunun sadəcə olaraq lazımsız fərziyyələrə səbəb olan növbəti dəhşətli hekayə olduğuna inanırlar. Elmi izahat isə sirli və izaholunmaz hadisələrə inanmağa üstünlük verənlər üçün çətin olaraq qalır.