Dünyada minlərlə mədəniyyət var. Bu mədəniyyətlərin də müxtəlif ənənələri mövcuddur. Bəziləri normal ənənələrdir, bəziləri isə inanılmaz.
Lent.az xarici KİV-ə istinadən həmin ənənələri və mövcud olduğu ölkələri təqdim edir:
Hindistan
Hindistanın Solapur bölgəsinin yerli əhalisi uzunömürlülüyü təmin etmək üçün körpələri dünyaya gələn kimi 15 metrdən atır. Aşağıda insanlar körpəni tutmaq üçün çarşafları açırlar.
Hindistandakı Dani Qəbiləsi, sevdikləri öləndə kədərlərini göstərmək üçün barmaqlarını kəsirlər. İnanırlar ki, bunu etməklə mərhuma ürəkdən bağlılıqlarını nümayiş etdirirlər.
Tayland
Kral ailəsinin qəribə bir ənənəsi var. Yalnız özlərinin danışa biləcəkləri bir dili var! İnanılmaz deyilmi? Məqsəd, başqalarının danışdıqlarını başa düşməsinin qarşısını almaqdır. Bu yolla, krala namizəd olacaq üzvlərinin daha etibarlı olduğuna inanırlar və əsrlər boyu bu dili öz aralarında istifadə edirlər.
İspaniya
İspaniyada “La Tomatina” adlanan Pomidor Savaşı Festivalının mənşəyi tam olaraq bilinmir. Əfsanəyə görə, 1945 -ci ildə yeniyetmələr təhlükəsizlik qüvvələrinə etiraz etmək üçün pomidordan istifadə ediblər və sonra ənənə halına çevrilib. Dünyanın müxtəlif ölkələrindən insanlar bu festivala qoşulmaq üçün İspaniyaya gedirlər.
Cənubi Amerika
Cənubi Amerikada (Braziliya və Venesuela) yaşayan Yanomami qəbiləsi ölü sümüklərini qaynadaraq şorba hazırlayır. Beləliklə, mərhumun ruhunun onlarda əbədi yaşayacağına inanırlar. Torpaq altında çürüməkdənsə, mərhumun yandırılmasının daha yaxşı olduğuna inanırlar.