İlon Maskdan rüşvət təklifi: "5 min verirəm, bağla"
31 yanvar 2022 19:55 (UTC +04:00)

İlon Maskdan rüşvət təklifi: "5 min verirəm, bağla"

İlon Mask şəxsi təyyarəsini izləyən “Twitter” hesabını bağlamaq üçün pul təklifi edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cek Svini  adlı şəxs Maskın özəl təyyarəsini izləyərək getdiyi bütün yerlər haqqında hər gün “tweet” atır. 

Həmin hesabın təxminən 208 min izləyicisi var. 

İlon Mask profilin bağlanması qarşılığında 5 min dollar təklif edib. Amma 19 yaşlı Svini bu məbləğlə razılaşmayıb və 50 min istədiyini bildirib. 

Məlumata görə, Mask bunun haqqında düşünəcəyini desə də, hələ ki Svininin hesabına pul köçürülməyib. 

Qeyd edək ki, İlon Mask hazırda dünyanın ən varlı insanıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Oxşar yazılar