Dünyada elə xəbərlər eşidir, elə şeylərlə qarşılaşırıq ki, istər-istəməz bizim üçün maraqlı və gözlənilməz olur.
Lent.az maraq kəsb edən faktların bəzilərini təqdim edir:
Bu eksperimental silah - lazer tapança 1984 -cü ildə SSRİ-nin Strateji Raket Qüvvələri Hərbi Akademiyasının dizayn qrupu tərəfindən ixtira edilib. Kosmonavtların özünümüdafiə üçün nəzərdə tutulmuşdu.
Bu gün hər birimizin sevinə-sevinə pul çəkdiyimiz bankomatın ixtiraçısı Con Şepard-Barrondur. O, əvvəlcə altı rəqəmli PİN kodu təyin etdi, lakin həyat yoldaşı yalnız 4 rəqəmi xatırladığından parol sayını azltdı.
Hündür dabanlı ayaqqabılar ilk dəfə əslində qadınlar üçün deyil, kişilər üçün icad edilmişdi. Bu cür ayaqqabılar fars süvariləri tərəfindən yaradılmışdı.
Bir çoxlarımız meşələrin Yerdəki əsas oksigen mənbəyi olduğuna inanırlar. Ancaq əslində ən çox oksigeni okeanlardan alırıq. Müasir elm də sübut edir ki, fitoplankton və yosunlar atmosferdəki oksigenin yarısından çoxunu istehsal edir.
Araşdırmalar zamanı məlum olub ki, idman salonlarındakı alətlərin üzərində tualet otaqlarındakından daha çox bakteriya mövcuddur.
Kainatda ən çox yayılmış rəng tünd göydür, amma bunun belə olmadığı ortaya çıxıb. Fəzanın real görünüşü açıq qəhvəyi rəngdir. Astronomlar bu kölgəni "space latte" adlandırır.