Kişi tibblə bağlı bir iş tapdığını və ona tam maaş verildiyini, lakin demək olar ki, heç nə etmədiyi ilə bağlı maraqlı bir hekayə paylaşıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tibbi yardım üçün gecə kuryeri kimi işə düzəlib.
Şirkət təcili işçi axtarıb və buna görə də namizədə daha yüksək maaş təklif edib. Gecələr onunla birlikdə ofisdə başqa bir işçi də olub. O, vaxtının çox hissəsini işindən çox smartfonuna ayırıb.
“Darıxdığım üçün bəzi hesablamalar apardım. İki həftə ərzində təqribən 67 saat işdə oldum və bu saatların 7-sini iş vəzifələrimi yerinə yetirdim, qalan 60 saatını isə smartfonumda keçirdim” - o bildirib.
Hekayənin müəllifinin sözlərinə görə, bu məkanda kuryerin işinə hələ də sifarişi qəbul edən, emal edən və kuryerə ötürən idarəçilər təsir edir. Ancaq gecələr demək olar ki, işləmirlər və buna görə də gecə kuryeri tapşırıqsız qalır. Buna baxmayaraq, maaş alır.