Malayziyanın paytaxtı Kuala Lumpurda qəribə hadisə baş verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı hamilə qadın ərinə təxminən 480 min dollar dəyərində “Lamborghini" markalı maşın hədiyyə edib.
Gənc qız ərinin hamiləlik dövründə yoldaşının ona çox dəstək olduğunu və bu hədiyyəni də ona görə bağışladığını bildirib.
“Bu bahalı avtomobili ərimə bağışlayıram, çünki doğuşdan sonrakı 100 gün ərzində yenə ona ehtiyacım olacaq. Həmin günlərdə də onun mənim yanımda olmasını istəyirəm” – o, vurğulayıb.