Gün ərzində məlumatı yadda saxlamağın DAHA ASAN VAXTI
31 yanvar 2024 16:15 (UTC +04:00)

Gün ərzində məlumatı yadda saxlamağın DAHA ASAN VAXTI

Pensilvaniya Universitetinin alimləri müəyyən ediblər ki, sirkadiyalı ritmlərin tənzimlənməsində əsas rol oynayan genin yaddaşın formalaşmasına da təsir göstərir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sirkadiyalı ritmlər gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalardır.

Onlar insan bədənində bir çox prosesləri idarə edir və hormonların istehsalına, bədən istiliyinə və beyin fəaliyyətinə təsir göstərir. Əsərin müəllifləri gündüz və gecə siçanların yaddaşını sınaqdan keçirib, sonra yaddaşla bağlı beynin bölgəsində fəaliyyəti dəyişən genləri müəyyən ediblər.

“Gün ərzində tapşırığı yerinə yetirən siçanlar gecə yerinə yetirən siçanlardan daha güclü uzunmüddətli yaddaşlar formalaşdırıblar. Yaddaşın effektivliyini nəyin müəyyən etdiyini öyrənməyə qərar verdik”, - müəlliflər qeyd ediblər.

Təcrübələr göstərib ki, orqanizmin sirkadiyalı ritminin tənzimlənməsində iştirak edən per-1 geni gündüz yaddaşının yaxşılaşdırılması üçün çox vacibdir.

“Hipokampusda gen aktivliyini söndürdükdə gördük ki, siçanlarda yaddaş pozulur, lakin sirkadiyalı sistemin əksər aspektləri hələ də normal işləyir”, - alimlər yekunlaşdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Fidan İlqar

Oxşar yazılar