Alimlər səmanın niyə mavi olduğunu açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Hava Xidmətinin meteoroloqu Mark Çenard bunun əsas səbəbi günəş işığının atmosferlə birbaşa qarşılıqlı təsirindədir.
O bildirib ki, işıq atmosferdən keçən zaman spektrin böyük hissəsi uzanmadan xaricə göndərilir. Lakin mavi və bənövşəyi rənglər molekullara “yapışaraq” onlardan müxtəlif istiqamətlərdə əks olunaraq səmaya xarakterik rəng verir.
Bundan əlavə, günəş işığında bənövşəyi rəngdən daha çox mavi var, Eyni zamanda alimlər etiraf edirlər ki, atmosferi fərqli tərkibə malik başqa bir planetdə səma mavidən başqa rəngə malik ola bilər.