Gəlin bəyin  şit zarafatına   görə toydan 3 gün sonra boşandı
18 oktyabr 2023 11:58 (UTC +04:00)

Gəlin bəyin şit zarafatına görə toydan 3 gün sonra boşandı

İngiltərəli gəlin ərinin toy günü etdiyi zarafatın intiqamını  3 gün sonra alaraq, ondan boşanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, gəlin şənlikdən öncə bəylə şərt kəsib ki, o tortla bağlı zarafat etməsin. Bəy razılaşsa da, tort kəsilərkən özünü saxlaya bilməyib.

“Boynumdan basıb başımı tort boşqabına tərəf əydi və üzümü tortun içinə basdı. Halbuki öncədən belə sarsaq zarafatlar etməsin deyə xəbərdarlıq etmişdim”, - gəlin bildirib.

Toy günü başlayan bu qalmaqal 3 gün davam edib və nəhayət gəlin boşanmaq üçün məhkəməyə baş vurub. Hadisə barədə sosial şəbəkədə məlumat paylaşan gəlinə izləyicilər haqq qazandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar