Fərqli ölübasdırma ənənələri – Professordan maraqlı AÇIQLMA
01 avqust 2021 15:22 (UTC +04:00)

Fərqli ölübasdırma ənənələri – Professordan maraqlı AÇIQLMA

Türkiyənin Balıkesir rayonunun Edremit qəsəbəsinin Altınoluk məhəlləsində eramızdan əvvəl 10-cu əsrdə salındığı bildirilən Antandros antik şəhərində 2400 illik küp (pitos) məzar tapılıb.

Lent.az TRT-yə istinadən bildirir ki, Kaz dağlarının ətəklərindəki bu antik şəhərdəki arxeoloji qazıntılarda biri 2400, digəri 2200 yaşı olduğu təxmin edilən, torpağa basdırılmış məzarlar aşkara çıxarılıb.

Egey Universiteti Ədəbiyyat fakültəsi Arxeologiya bölümünün müəllimi və Elmi Qazıntı Heyətinin sədri professor Gürcan Polat sözügedən mövzu ilə bağlı deyib: “Antandrosdakı arxeoloji qazıntılar iki yerdə gedir. Bunlardan biri “yamac ev” olan Roma villasıdır. Burada e.ə. 4-cü əsrə aid olduğu düşünülən pitos (küp) məzarda bir adamın kəllə sümüyü tapılıb. Nekropolisdəki digər arxeoloji qazıntı sahəsində də torpağa basdırılmış bir məzarı ortaya çıxarmağa çalışırıq. Göründüyü kimi, Antandrosda küp, qəbir, dam kirəmiti və ya torpağa basdırma kimi bir çox fərqli ölübasdırma ənənələri olub.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Oxşar yazılar