Falçıdan Zelenskinin arvadı ilə bağlı  ŞOK PROQNOZ
20 fevral 2024 19:20 (UTC +04:00)

Falçıdan Zelenskinin arvadı ilə bağlı ŞOK PROQNOZ

“Ekstrasenslərin döyüşü” serialının ulduzu Kazetta Axmetjanova Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanı gələcəkdə nə gözlədiyi barədə danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ekstrasensin proqnozuna görə, Ukraynanın birinci xanımının ömrünün qalan hissəsini xaricdə keçirəcək.

Ekstrasensin dediyinə görə, Zelenski ilə yoldaşı əslində ər-arvad kimi birlikdə yaşamırlar:

"Yelena ərinin tamamilə düzgün olmayan hobbiləri ilə barışıb. Çünki ərinin dəyişdirilə bilməyəcəyini başa düşür. İndi o, müharibədən sonra öz həyatı haqqında daha çox düşünür".

Onun proqnozlarına görə, Ukraynanın birinci xanımı ömrünün qalan hissəsini xaricdə, Londonda keçirəcək.

"Mən onu gələcəkdə Zelenski ilə bir yerdə görmürəm", - Axmetjanova yekunlaşdırıb.

# 4464
avatar

Fidan İlqar

Oxşar yazılar