Çikaqoda 32 yaşlı Niko Dambrosio adlı bir kişi "Facebook"da onun haqqında mənfi fikirlər yazan 27 qadını məhkəməyə verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi 75 milyon dollar təzminat tələb edir.
O, "Facebook"da “Biz eyni oğlanla tanış oluruq” şəxsi qrupunda mənfi təcrübələrini paylaşan qadınlar tərəfindən onun reputasiyasının zədələndiyini iddia edir.
Əvvəlcə Nyu-Yorkda başlayan və sonradan digər şəhərlərə yayılan cəmiyyətdə qadınlar kişilərlə görüşlərini müzakirə edir və xəbərdarlıq əlamətləri ilə bağlı məsləhətləri paylaşırlar. Dambrosionun işində bir neçə qadın onu obsesif olaraq xarakterizə edib və onu aldatmaqda günahlandırıb.
Kişi təkcə bir neçə qadını deyil, həm də icma moderatorlarını və ana şirkəti "Facebook"u məhkəməyə verib. O, böhtan və şəxsi həyatına müdaxilənin qurbanı olduğunu iddia edərək, emosional sıxıntı, stress və qazanc itkisi üçün kompensasiya tələb edir.
Dambrosio ilk mənfi postu yerləşdirən qadınlardan biri ilə də görüşdüyünü etiraf edib, lakin heç vaxt ciddi münasibətdə olmadıqlarını bildirib.
O, qadını yalan yaymaqda və onun nüfuzuna xələl gətirməyə çalışmaqda ittiham edir. Həmin şəxsin vəkilləri təqsirləndirilən şəxsin əməlləri ilə onun çəkdiyi ruhi iztirabın ödənilməsini tələb edirlər.