Evdəki natəmizlik  bu psixi problemlərlə bağlıdır
16 dekabr 2023 15:43 (UTC +04:00)

Evdəki natəmizlik bu psixi problemlərlə bağlıdır

Lent.az psixoloq Mixail Yeftuşenkoya istinadla, evdə pinti, cəmiyyət arasında isə çox təmiz və səliqəli olan adamların kompleksləri barədə məlumat verir.

Səhərlər evdən çıxarkən paltar seçməkdə çətinlik çəkib, şkafdakı bütün paltarlarını otağa səpələyən adamlar başqalarının fikrinə çox önəm verirlər, ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Əgər evdə günlərlə yuyulmamış qab-qacaq dağ kimi qalaqlanıbsa, bu ev sahibinin əsəblərinin yerində olmamasından, emosional qeyri-sabitlik yaşamasından xəbər verir.

Evdə ümumi natəmizlik hökm sürür, ev sahibi hətta zibilləri belə atmağa qıymır, təmizliyə can atmırsa, o, gələcəyindən əmin deyil və ictimai rəydən çox asılı vəziyyətdə yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3909
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar