Evdə sınıq qablar saxlamaq olmaz –  Xəyanət, uğursuzluq...
01 fevral 2024 17:08 (UTC +04:00)

Evdə sınıq qablar saxlamaq olmaz – Xəyanət, uğursuzluq...

Uzun illərdir belə bir inanc var ki, evdə sınmış qabların saxlamaq olmaz.

Lent.az xəbər verir ki, bu inancların müxtəlif tərəfləri var. 

Məsələn, boşqab heç bir səbəb olmadan çatlayırsa, bu, pis xəbər və maliyyə itkilərini göstərir. Evdə çoxlu kiçik çatlar olan bir boşqab varsa, bu, lazımsız və faydasız xərcləri göstərə bilər.

Qeyd edək ki, bu işarələr təkcə boşqablara deyil, fincanlara da aid edilir. Əgər fincan çatlayıbsa, bu, partnyorunuzun sizi aldadacağını və ya xəyanət edəcəyini göstərən əlamətlərdən biridir. 

Bunlarla yanaşı, fincanınızın bir hissəsi qoparsa, bu ər-arvad arasındakı mübahisəni göstərir. 

Bıçağın əyilməsi ailədə nifaq da yarada bilər. Tavanın əyilməsi isə münasibətlərdə çətinliklərdən və qarşılıqlı anlaşma problemlərindən xəbər verir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5490
avatar

Sevinc Fərid

Oxşar yazılar