Əl və ayaqları üzərində yeriyən Ulaş ailəsinin sirri niyə açılmır?
30 sentyabr 2023 16:40 (UTC +04:00)

Əl və ayaqları üzərində yeriyən Ulaş ailəsinin sirri niyə açılmır?

Hatayda yaşayan Ulaş ailəsinin tutulduğu qəribə xəstəlik illərdir alimlər tərəfindən araşdırılır. 2006-cı ildən bu yana ailənin tutulduğu genetik xəstəliyin nə olması barədə müzakirələr gedir. Lakin meymunlar kimi əl və ayaqları üzərində yeriyən bu ailənin nə dərdi bilinir, nə dərmanı tapılır.

Lent.az Türkiyə mətbuatına istinadən Ulaş ailəsi barədə məlumatı təqdim edir.

Bu ailənin problemi Britaniya, Avstraliya ABŞ alimləri tərəfindən də araşdırılıb. 18 uşaqlı ailənin dördü qız, ikisi oğlan olmaqla 6 uşağı əl və ayaqları üzərində yeriyir. 17 il öncə BBC tərəfindən işıqlandırılan və dünyada tanınan bu ailə haqqında insanlarla meymunlar arasında ortaq zəncir ifadəsi işlədilib.

İngiltərəli neyropsixoloq Nikolas Numprey ailənin genetik bir pozuqluğunun olmasına inanır.

Ulaş ailəsinin problemini izahı çətin olaraq təqdim edən professor Korkut Ulucan bunu "Üner Tan" sindromu adlandırıb. Onların beyincik qismində anormallıq yaşanır. Primitiv zəka və danışıq qabiliyyətləri var. Dünyada bu şəkildə yaşayan cəmi 7 ailə var. Səbəb genetika, yetərli səviyyədə qidalanmama, vitamin əskikliyi və qohum evlilikləridir.

Neyropsixoloq Nikolas Humprey qatıldığı televiziya proqramlarından birində əl-ayaqları üstə yeriyən ailə barədə danışarkən, bunu insanın inkişaf mərhələsinin geriyə addımlaması kimi qiymətləndirib.

“İnsanı heyvandan ayıran şey başını dik tutaraq 2 ayaq üstə yeriməyi bacarmasıdır. Bu ailə insanlarla heyvanların arasındakı sərhədi keçib”, - deyə o qeyd edib.

# 5070
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

2024-cü ilin  toy rəngi

2024-cü ilin toy rəngi

10 dekabr 2023 , 18:55
Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi

Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi

9 dekabr 2023 , 17:22
Təyyarənin ən çirkli  5 yeri

Təyyarənin ən çirkli 5 yeri

9 dekabr 2023 , 16:35
Pişiklər iş başında  – Onlar hansı vəzifədədirlər?

Pişiklər iş başında – Onlar hansı vəzifədədirlər?

9 dekabr 2023 , 10:12
Bürclər Yeni ildən qabaq  nə etməlidirlər?   - XƏBƏRDARLIQ

Bürclər Yeni ildən qabaq nə etməlidirlər? - XƏBƏRDARLIQ

9 dekabr 2023 , 09:09
Heyvanlar aləmindən -MARAQLI FOTOLAR

Heyvanlar aləmindən -MARAQLI FOTOLAR

9 dekabr 2023 , 03:54
İctimai nəqliyyatda  gülməli anlar    -  FOTOLENT

İctimai nəqliyyatda gülməli anlar - FOTOLENT

9 dekabr 2023 , 01:16
Bu barda ofsiantlar müştərilərə  SİLLƏ VURUR  - Ödənişli

Bu barda ofsiantlar müştərilərə SİLLƏ VURUR - Ödənişli

8 dekabr 2023 , 15:33