"Düşünən Adam" heykəli NƏ DÜŞÜNÜR?
17 sentyabr 2022 19:46 (UTC +04:00)

"Düşünən Adam" heykəli NƏ DÜŞÜNÜR?

"Düşünən Adam" heykəlin yardıcısı olan August Rodinin həyatı boyu qadınlarla əlaqələri həmişə enişli-yoxuşlu olub. 1883-cü ildə tanış olduğu, özü də heykəltəraş olan Kamelle Klaudel ilə uzun müddət birlikdə yaşayıblar.

Lent.az tarixi mənbələrə istinadən xəbər verir ki, bu illər Rodin üçün qızıl illər olsa da, Kamelle üçün ağır keçib. Bu əlaqənin sonunda əsəb sistemi pozulan qadın öz eskizlərini və heykəllərini paramparça edərkən, Rodini fikirlərini oğurlamaq və onu öldürmək planları hazırlamaqla günahlandırıb. 

August Rodinin

Nəticədə, ruhi xəstəxanaya aparılan Klaudel ömrünün geri qalan 30 ilini burada keçirib. Bir qadına məhəbbəti nəticəsində onu ruhi-əsəb xəstəxanasına məhkum edən Rodinin əsərinin bu gün eyni şəkildə, bir ruhi xəstəxananın bağçasında olması olduqca mənalıdır. 

Rodin əvvəllər daha çox kiçik və fərqli heykəl fiqurları yaratmağı planlaşdırıb. Rodin yaratdığı heykəlin çılpaqlığı bəzi reaksiyalara səbəb olsa belə, heykəltaraşa çox böyük məşhurluq qazandırıb. 

Kamelle Klaudel

Parisdə yerləşən Rodin muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanıb və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. 

Orijinal əsər 1,85 metr ölçüsündə kişi modelidir. Fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci ildə hazırlanıb. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-cü ildə tamamlayıb. 

1906-cı ildən indiki formaya salınan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün hoteli olan Rodin Muzeyinə köçürülüb. Heykəl təkcə oteldə yox, bütün dünyada məşhur olub.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Fidan İlqar

Oxşar yazılar