Bu gün Beynəlxalq Pişiklər günüdür. Əlamətdar gündə dünyanın ən böyük pişiyi haqqında danışacağıq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən hündür pişiyi qapıları aça və mətbəx masasından qəlyanaltıları yeyə bilir.
Pişik sahibi hələ də onun böyüməyə davam etdiyini bildirib.
"Biz əslində onun yeməyini məhdudlaşdırmalıyıq. Çünki o, çox böyüyür, belə getsə hər şeyi yeyəcək", - Uill danışıb.
Bununla kifayətlənməyən Uill ən uzun quyruğu olan pişiyin də sahibidir. O, düşünür ki, pişiyi təxminən üç aydan altı aya qədər müddətdə həqiqətən uzun quyruğa sahib olacaq.