Dünyada elə restoranlar var ki, təkcə təamları ilə deyil, öz interyeri ilə də görənləri heyrətləndirir.
Lent.az xarici mətbuata istinadən dünyanın ən qeyri-adi 3 restoranını təqdim edir:
“Chyrest”
Çində yerləşən bu restorana çatmaq üçün hündürlük qorxusundan xilas olmaq lazımdır. Maraqlıdır ki, hətta restorana gedən yol da etibarlı və davamlı görünməyən asma körpüdən keçir. Uçurumun üstündə yerləşən bu restoran ən çox axtarılan və populyar olanlardan birinə çevrilib.
“Snowman World Snow Restaurant”
Bu restoran Finlandiyada yerləşir. Tamamilə buz və qardan ibarətdir. Otaq temperaturu həmişə sıfırdan bir neçə dərəcə yuxarı olduğu üçün qonaqlara isti geyinmək tövsiyə olunur.
“Dinner in the sky”
Belçikada yerləşən bu restoran isə yüksək mətbəx və orijinallıq parametrlərinə cavab verir. Həm aşpazların, həm də qonaqların bir neçə on metr yüksəklikdə olması diqqət çəkir.
Müəssisənin özü attraksion kimi dizayn edilib. Qonaqlar təhlükəsizlik kəmərlərini bağlayır və mexanizm vasitəsilə istədikləri hündürlüyə qaldırılır.