Ekspertlər dünyanın ən gözəl şəhərlərinə həsr olunmuş yeni reytinqi paylaşıblar.
Lent.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində “World of Statistics” hesabı məlumat yayıb.
İlk iki yeri İtaliyanın şəhərləri - Venesiya və Roma tutub. Bu təəccüblü deyil, çünki Venesiya özünəməxsus memarlığı, su kanalları və gondolları, tarixi irsi, Lagoon adalarında yerləşməsi, karnavalı, zəngin süni və mədəni mənzərəsi ilə gözəl şəhər hesab olunur. Bu amillər unikal ab-hava və cəlbedicilik yaradır, Venesiyanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
Eyni zamanda, Roma qədim xarabalıqlar, Kolizey və Roma Forumu da daxil olmaqla zəngin tarixə və mədəni irsə malikdir. Dar küçələr, barokko memarlığı, fəvvarələr, əzəmətli meydanlar şəhərin unikal və təsirli görkəmini yaradır, turistləri və tarix həvəskarlarını cəlb edir.
Qeyd edək ki, Tel-Əviv yekun reytinqə daxil edilib – o, siyahıda yeganə İsrail şəhəri olub və 14-cü yeri tutub.
Ən gözəl şəhərlərin ümumi reytinqi belədir:
1. Venesiya, İtaliya
2. Roma, İtaliya
3. Barselona, İspaniya
4. Praqa, Çexiya
5. Nyu-York, ABŞ
6. Afina, Yunanıstan
7. Budapeşt, Macarıstan
8. Vyana, Avstriya
9. Bordo, Fransa
10. Milan, İtaliya
11. Stokholm, İsveç
12. Paris, Fransa
13. Florensiya, İtaliya
14. Təl-Əviv, İsrail
15. Kopenhagen, Danimarka
16. Mərakeş, Mərakeş
17. Çikaqo, ABŞ
18. Amsterdam, Hollandiya
19. Berlin, Almaniya
20. İstanbul, Türkiyə
21. Sankt-Peterburq, *Rusiya
22. Strasburq, Fransa
23. Dubay, BƏƏ
24. Mayami, ABŞ
25. Pekin, Çin