Dünyanın 4 ən qəribə hava limanı
11 iyul 2024 10:46 (UTC +04:00)

Dünyanın 4 ən qəribə hava limanı

Bütün ölkələrdə hava limanları çox komfortlu, böyük və səliqəli deyil.

Lent.az bu gün dünyanın ən qeyri-adi hava limanları barədə məlumat verir.

Karib dənizindəki 88 kvadrat metr ərazisi olan Sen Marten adasında yerləşən Şahzada Yuliana Beynəlxalq hava limanlnda təyyarələr çimərlikdəki insanların az qala başına toxunaraq eniş-uçuş edirlər. 

Yaponiyada yerləşən Kansay beynəlxalq hava limanı 1987-ci ildə sahildən 5 kilometr məsafədə dənizdə yaradılmış süni ada üzərində salınıb. Qlobal istiləşməyə görə hava limanının 50 il sonra tamamilə su altında qalacağı deyilir.

Barneo buz düşərgəsi adlanan bu hava limanı isə Antarktidada yerləşir, ildə cəmi 4 həftə fəaliyyət göstərir.Yük təyyarələri üçün nəzərdə tutulub.

Cəbəllütariq hava limanına eniş və uçuş edən təyyarələr avtomobillərin magistral yolundan istifadə edirlər. Şəhərin içi ilə gedən təyyarələr  tez-tez magistral yolu bağlayır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4827
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar