“Hərəm” sözü dilimizə ərəb dilindən keçib, mənası haram, gizlədilən, qorunan yer deməkdir. Əsrlər boyu Şərq dünyasında saraylarda hərəm qadınların yaşadığı hissəyə deyilirdi, bura kişilərin ayaq basması haram idi.
Sonralar sultanların hərəmi “zənginləşməyə” başladı, burda yüzlərlə əsir kəniz sultanın diqqətini çəkib, “Şərəfə nail olacağı” günü gözləməyə başladı. Deyilənə görə, Əmir Teymurun hərəmxanasında 3000 kənizi olub. Kənizləri sarayda tərbiyə edir, başqa dövlətlərin hörmətli şəxslərinə hədiyyə olaraq da göndərirdilər.
Türklərin saraylarında hərəmxanada yaşayan kənizlərin bəxti daha çox gətirirdi. Sultan saraylarında sultanın və ya onun şahzadələrinin kənizləri hamilə olarkən statusları yüksəlir, övladları ilə birlikdə naz-nemət içində yaşayırdılar(təbii ki, kəniz qayda-qanunları pozmayana qədər).
Kənizlərə nəzarət üçün saraylarda xüsusi xacələr, hərəm ağaları saxlanılırdı. Onlar uşaqlıqdan xədim olunmuş kişilər idilər. Kişilikdən məhrum edilsələr də, xacələr əslində ruh etibarı ilə əsl kişi idilər, onların hormonal pozuntudan irəli gələn qadınsal hal və hərəkətləri yox idi.
Bir xacənin yetişdirilməsi asan başa gəlmirdi.
Əsir götürülmüş və ya sarayla əlaqələri olmasını istəyən ailələrin ora verdiyi azyaşlı oğlanları seçirdilər, onları təxminən 8 yaşlarında xədim edirdilər
Bu çox ağrılı dəhşətli proses olurdu. Ya yumurtalıqlarını burur, dibindən bağlayır, “öldürürdülər”, ya da cinsi orqanlarını dibindən kəsirdilər. Qanaxmadan ölməsinlər deyə balaca xacələri dağlayır, qaynar qumun içində saxlayırdılar. Xədim edilmiş 100 uşaqdan ən çox 10 nəfəri sağ qala bilirdi, qalanları iltihabdan, qanaxmadan ölürdülər.
Sağ qalan xacələrə saray ədəb-ərkanı öyrədilir, onlar saraya gətirilmiş kənizlərə müəllimlik edir, sultanın “xəlvətini” təşkil edir, ən intim sirlərdən xəbərdar olurdular.
Xacələr daima özləri ilə təxminən qaşıq boyda gümüş incə borular gəzdiridilər. Bu sidik ifraz etmək üçün idi (bir növ katetr rolu oynayırdı). Ona görə xacələrdən çox zaman sidik qoxusu gəlirdi və hətta onların iyini uzaqdan hiss etmək mümkün idi.
Xacələr arasında çox varlı-dövlətliləri də var idi, onların bir çoxu saraydakı işlərindən ayrıldıqdan sonra evlənirdilər. Ailələr məmnuniyyətlə onlara qız verirdilər. övlad sahibi olmasalar da, hörmət, rütbə və ömürlərinin sonuna qədər saraydan yüksək maaş sahibi olurdular.
Təhkimçilik dövründə Rusiyada da mülkədarların, knyazların hərəmləri olub. Amma onlar öz qullarına yüksək status vermirdilər. Mülkədarın kəndində hansı gözəl qızdan xoşu gəlirdi, onu özününkü edirdi, qız hamilə olanda onu öz sahib olduğu bir kəndliylə evləndirir, ya da mülkədarın həyətində ömrünün sonuna qədər qalırdı. Özü də, balası da mülkədarın tabeliyində qul vəziyyətində yaşayırdı.
XVIII-XIX əsrlərdə Rusiyada hərəm varlılar üçün ov kimi adi həyat tərzi idi.
General-leytenant Lev İzmayılovun 30 kənizi var idi, sözünə baxmayanı sadəcə öldürürdü. Tarixi mənbələrə görə, o, öz kənizlərinə yalnız çılpaq gəzməyi əmr edir, onları öz əyləncələrinin, kef məclislərinin fiquru kimi görürdü.
Kəndli qızları hərəm üçün o özü şəxsən seçirdi. Gözəl qız var idisə, general ondan əl çəkmirdi. Ən dəhşətlisi, o, öz qızı Nimfadoranı da seks əyləncələrinin qurbanına çevirmişdi. Nimfadorandan bezəndə isə onu ağır işlər görməyə göndərib yerini təzə qızla doldurmuşdu.
Zadəgan Viktor Starşinski 500 qızdan ibarət hərəmxana saxlayırdı və kəndli qızından doğulmuş, kənddə böyümüş heç vaxt üzünü görmədiyi iki doğma qızını belə özünə kəniz eləməkdən çəkinməmişdi.
Bax, rus və türk hərəmlərinin fərqi beləydi.