Xınalıq yolu uçquna görə BAĞLANDI
28 mart 2026 11:18 (UTC +04:00)

Xınalıq yolu uçquna görə BAĞLANDI

0

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar