Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi 2017-ci ildən bəri qeydiyyatdan keçmiş şirkətlərin sayının yüz dəfədən çox artdığı milyarderlər üçün yeni “cənnət”ə çevrilib.
Lent.az-ın məlumatına görə, bu barədə “Bloomberg” yazır.
Jurnalistlərin fikrincə, Kayman və Britaniya Virciniya adalarının populyarlığının azalması fonunda regionu dünya zənginləri üçün cəlbedici edən şey aktivlərin qorunması zəmanətləri, məxfilik və vergi üstünlükləri, o cümlədən BƏƏ-nin ikiqat vergitutmanın olmaması imkanıdır.
Əbu-Dabi zonasına “köçmüş”lər arasında agentlik xüsusilə “Binance” kriptovalyuta birjasının keçmiş baş direktoru Çanpen Zjao və dünyanın ən böyük hedcinq fondu “Bridgewater”ın yaradıcısı Rey Dalionun adlarını çəkir. 2022-ci ilin sonunda Sent-Kitts və Nevis, Fransa və BƏƏ vətəndaşlığı olan rusiyalı Pavel Durov Əmirliyin ən zəngin sakini kimi tanınıb.