Dinozavr yumurtaları tapıldı -FOTO  -VİDEO
31 oktyabr 2021 04:41 (UTC +04:00)

Dinozavr yumurtaları tapıldı -FOTO -VİDEO

Argentinanın Pataqoniya regionundakı arxeoloji parkda qazıntı zamanı maraqlı dinozavr yumurtaları tapılıb.

Lent.az-ın “sciencesetavenir.fr” saytına istinadla xəbərinə görə, 2000-ci ildə açılmış parkdakı qazıntılar zamanı dinozavrların yumurta qoyduğu ərazi aşkar edilib. Ərazidə bir neçə dinozavr skeleti və fosilləmiş dinozavr yumurtaları aşkar olunub.

Yumurtalar tədqiq olunmaq üçün Fransanın Qrenobl şəhərindəki laboratoriyaya göndərilib. Burada laborator tədqiqat zamanı yumurtaların eyni növ canlıya məxsusluğu müəyyən edilib. Analiz nəticəsində dinozavrların sosial davranışı haqqında da məlumat almaq mümkün olub. Məlum olub ki, bu canlılar sürü halında yaşayıb. Körpələr yuvadan çox uzaqlaşmayıb. Yetkin canlılar isə cütlük şəklində yaşayıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Oxşar yazılar