Dərdini danış, pul qazan - AYTAÇDAN MARAQLI İDEYA
12 iyun 2021 08:20 (UTC +04:00)

Dərdini danış, pul qazan - AYTAÇDAN MARAQLI İDEYA

Türkiyədə şəhərləri gəzərək 10 türk lirəsi qarşılığında insanların dərdinə qulaq asan 23 yaşlı Aytaç Şimşek, dərdi ilə onu ağlatmağı bacaran şəxsə 100 türk lirəsi təklif edir.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Samsunda olan A.Şimşek əlində olan plakatı ilə şəhəri gəzməkdə davam edir.

23 yaşlı şəxs bildirir ki, məqsədi insanların dərdlərinə qulaq asaraq onların rahatlamasına kömək olmaqdır:

“Şəhər-şəhər gəzib insanların dərdlərinə, hekayələrinə qulaq asıram. Mən uzun müddətdir ki, dostlarımda dərdləşirəm. Bir çox dərdə qulaq asmışam. Fərqlilik və diqqət çəkmək üçün belə bir ideya ağlıma gəldi. Hədəfim dünya turuna çıxmaqdır”.

Qeyd edək ki, indiyə qədər 51 şəhər gəzən gənc Samsundan sonra Ordu şəhərinə gedəcəyini açıqlayıb.

# 1932
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar