Delfinlər səslərdən istifadə edərək ünsiyyət qururlar.
Lent.az xəbər verir ki, bioloqlar onların “nitqi”nin nə qədər inkişaf etdiyini aşkar ediblər.
Məlum olub ki, hər bir fərd xüsusi bir fitə cavab verir və o, doğuşdan dəyişməz qalır. Delfin ünsiyyətinin, təhlili elm adamlarına bəzi “adları” da müəyyən etməyə imkan verib. O, sualtında səsləndirildikdə, hər “ad”a bir delfin cavab verib. Çox güman ki, qrup zəif görünmə şəraitində bir-birilə bu yolla rabitə qurur.