Balıqlar "danışa" bilirlər - səs siqnallarından istifadə edərək ünsiyyət qura bilən şüa qanadlı balıqların ən azı 175 ailəsi var.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Kornel Universitetinin yeni araşdırmasının nəticələrinə dair hesabatda deyilir.
Alimlər balıqların nəsil ağacını tədqiq ediblər və səsin o qədər vacib olduğunu aşkar ediblər ki, milyonlarla il ərzində ən azı 33 dəfə təkamül keçirib.
Tədqiqatda üç məlumat mənbəyindən istifadə edilib: mövcud qeydlər və balıq səslərini təsvir edən elmi məqalələr, məlum balıq anatomiyası və sualtı mikrofonların ixtirasından əvvəl 19-cu əsr ədəbiyyatına istinadlar.
Alimlərin sözlərinə görə, balıqlar əsasən qida və cinsiyyət haqqında “ünsiyyət qururlar”: səslərin köməyi ilə heyvanlar tərəfdaşı cəlb etməyə, qida mənbəyini və ya ərazini qorumağa çalışırlar.