İsrailli fermerin yetişdirdiyi çiyələk mövcud rekordu yeniləyib.
Lent.az-ın xəbərinə görə, fermerin yetişdirdiyi giləmeyvənin kütləsi 278 qramdır. Məhsulun diametri 34 sm, uzunluğu 18 sm-dir.
Fermer nəhəng çiyələyi ötən ilin fevralında aşkar edib. O, giləmeyvəni dondurulmuş vəziyyətdə 1 il saxlayaraq dünya rekordları ilə maraqlanıb. Bundan sonra isə Ginnes rekordlar kitabına düşmək üçün müraciət edib.