Çaxır  insanların xarakterindən xəbər verir
24 may 2023 09:57 (UTC +04:00)

Çaxır insanların xarakterindən xəbər verir

Tədqiqatçılar insanların şəraba üstünlük verməsini onların xarakterindən, hobbilərindən və karyerasından xəbər verdiyini açıqlayıb. 

Lent.az xəbər verir ki, çaxır seçimi yalnız dadla bağlı deyil, həm də insanın şəxsiyyəti ilə bağlıdır. 

Məlumata görə, şərab içən 2000 amerikalı arasında aparılan son sorğuda onların sevimli şərabı ilə şəxsiyyət fərqləri araşdırılıb. Nəticələr göstərib ki, qırmızı şərab içənlər özlərini daha çox introvert (48%) kimi, köpüklü şərabdan zövq alanlar isə çox vaxt sərbəst kimi tanınır və özlərini ekstrovert hesab edirlər (40%).

“Rose” şərab sevənlər isə özlərini ambivert kimi qələmə verirlər(32%). 

Ekspertlər həmçinin şərabın karyera seçimi ilə bağlı ola biləcəyini bildiriblər. 

Belə ki, səhiyyə, tibb sahəsi köpüklü(31%), qırmızı (21%) və “Rose” şərabları (19%) sevənlər üçün ən populyar sahə hesab olunub. Digər tərəfdən, ağ şərab içənlər mühasibatlıq və ya maliyyə (19%), mühəndislik, istehsalat (17%) sahəsində işləməyə daha çox meyllidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Sevinc Fərid

Oxşar yazılar