Türkiyədə yaşayan Uyqar Yılmaz buzovlarına dünya liderlərinin adını verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, buzovlarına Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Co Baydenin adlarını qoyub.
“Qara buzova Fransa prezidenti Makronun adını verdim. Buna səbəb isə bu qara buzovun sarılarla anlaşa bilməməsidir. Makron da irqçi olduğu üçün davranışını onunkuna bənzədirdim və onun adını belə qoydum. Adını 4 ay əvvəl verdim, mən ona Makron deyəndə, o gəlir", - Yılmaz vurğulayıb.
O, dünyada baş verən müharibəyə də biganə qalmayıb. Buzovlarından birinə İsrailin baş nazirinin adını verib:
“Bütün müsəlmanlara qarşı zülm var, İsrail Qəzzada müsəlman qardaşlarımızı sıxışdırıb işğal edir. Mən buzovlarımdan birinə İsrailin baş naziri Netanyahu adını verdim. Çünki o, digər buzovlarla birləşmir və insanları narahat edir".
Yılmaz buzovlardan birinə Co Bayden adını verdiyindən də danışıb:
"Buzovumun birinin adı Co Baydendir. Çünki o, tam ikiüzlüdür. Yanına gələndə sevir, bəzən qaçır: başqa sözlə, Amerikanın hazırda izlədiyi siyasəti təmsil edir.
Yunanıstanın baş naziri Kyriakos Mitsotakisdir. Bu buzov da hər kəsin bağına girir və hər yeri özününkü kimi qucaqlayır".