Danimarkalı Thor Pedersen bir dəfə də olsun vətənə qayıtmadan dünyanın bütün ölkələrinə səfər edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, doğma Danimarkanın Orhus liman şəhərində konteyner gəmisindən enən 44 yaşlı Pedersen, 10 illik dünya səyahətini tamamilə qatar, avtobus, qayıq və piyada etdiyini söyləyib.
“Hər şey şübhə altındadır, emosiyalar qarışıqdır”, - səyahətçi öz hisslərini bölüşüb.
Əvvəllər gəmiçilikdə və eyni zamanda BMT sülhməramlısı kimi çalışmış Pedersen 2013-cü il oktyabrın 10-da səfərə çıxıb. Pandemiya zamanı iki il Honq Konqda ilişib qalmasaydı, səyahəti daha az vaxt apara bilərdi.
“Mən düşündüm ki, tələssəm, maksimum dörd il, bəlkə də üç il yarım çəkəcək”, - o bildirib.
Səyyah səfər zamanı onunla demək olar ki, 30 dəfə səyahət edən sevimli Le Guerum ilə uzun məsafəli münasibət saxlayıb. COVID-19 səbəbiylə onlayn evləndikdən sonra həyat yoldaşı olan qadın, ərinin əzmkarlığına heyran olduğunu, lakin "birlikdə gündəlik həyatı" səbirsizliklə gözlədiyini söyləyib.