Koronavirus pandemiyasının pik dövründən sonra turizm sektoru yavaş-yavaş bərpa olunmağa başlayır və bu mövsüm ən işlək dövrlərdən biri olacağı ehtimal olunur.
Lent.az “Travel Off Path”a istinadən xəbər verir ki, bu yay turistlər arasında ən populyar olacaq ölkələrin adları açıqlanıb.
Məlumata görə, ən çox səyahət edilən ölkələr arasında birinci İtaliya, ikinci Kanada, üçüncü yerdə isə Böyük Britaniya gəlir.
Reytinqdə sonrakı yerləri Fransa, Yunanıstan, Meksika, İslandiya və Almaniya tutur. Doqquzuncu sırada İrlandiya, onuncu sırada isə Norveç qərarlaşıb.
Ekspertlər onu da qeyd ediblər ki, bu il səfər xərcləri də artmağa başlayıb. Orta hesabla, turistlər bu yay səyahətə 9333 dollar xərcləyib. Bu da 2022-ci ildən təxminən 7 faiz və 2021-ci ildən 27 faiz çoxdur.