“Diamond Eyed Wolverine” (Brilliant gözlü canavar) sikkəsi 2007-ci ildə Monqolustanda buraxılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təmiz gümüşdən hazırlanmış sikkədən dünyada cəmi 2500 ədəddir.
Üz tərəfində əks olunan canavarın gözləri qiymətli “Swarovski” daşlarından düzəldilib.
Bu, vəhşi təbiətin qorunmasına həsr olunmuş sikkələr seriyasının bir hissəsidir. 2009-cu ildə "İlin sikkəsi" mükafatını alıb.