ABŞ-da Katel adlı gənc qız dayanmadan asqırır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, 12 yaşında olarkən ABŞ-ın Texas ştatındakı məktəbində klarnet dərsindən çıxarkən qəfildən asqırmağa başlayıb. Gənc qızın ailəsi əvvəlcə bunun allergik reaksiya ola biləcəyini, ya da burnunun nədənsə qıcıqlandığını və tezliklə dayanacağını düşünüb.
Zaman keçdikcə gənc qız dəqiqədə 20 dəfə asqırmağa başlayıb. Bu, gündə 12 min dəfə asqırmaq deməkdir. O, bu vəziyyətinə görə məktəbi tərk etməli oldu.
Onun anası Erika Hodges mətbuata açıqlama verib:
"O, məktəbə gedə bilmir, normal heç nə edə bilmir. Yeyə bilmir, bir qurtum su içə bilmir. Bu, hər şeyə təsir edir".
Katelin məsələsi ictimailəşdikdən sonra altı həkimə gedib, lakin probleminə çarə tapa bilməyib.