Bu qan qrupundan  olan insanlar daha cəlbedicidir
07 mart 2024 09:47 (UTC +04:00)

Bu qan qrupundan olan insanlar daha cəlbedicidir

Qan qrupu insanın görünüşünə, cəlbediciliyinə və xarakterinə təsir göstərir. 

Lent.az “PlanetToday”a istinadən xəbər verir ki, bu nəticəyə müxtəlif ölkələrdən olan alimlər qrupu gəlib.

Tədqiqatın bir hissəsi olaraq, mütəxəssislər birinci qan qrupu olanların başqalarının diqqətini çəkən "supermaqnitlər" olduğunu aşkar ediblər. Alimlər bildirir ki, onlar əks cinsdən artan diqqətdən zövq alırlar. Belə ki, birinci qan qrupundan olan insanların digərlərinə nisbətən daha cəlbedici və cazibədar olduğu iddia olunub. 

Eyni zamanda, ikinci qan qrupu olan insanlar çox xarizmatik və məhsuldardırlar. Onların çoxlu dost ətrafı var. Üçüncü qan qrupu birinci və ikincinin xüsusiyyətlərini qismən birləşdirir və dördüncü qan qrupunun daşıyıcıları əsl romantiklərdir, onlarla ünsiyyət qurmaq çox asandır.

Qeyd edək ki, alimlər bu cür nəticələrin konkret nəyə əsaslandığını dəqiqləşdirməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7798

Oxşar yazılar